Son bir ayda yaşa görə pensiya alanların sayı 1 930 nəfər azalıb

 08-10-2024

Bu ilin sentyabr ayında Azərbaycanda yaşa görə pensiya alanların sayı 708 min 845 nəfər olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, onların 42,7%-ni kişilər, 57,3%-ni isə qadınlar təşkil edib. 

Məlumat üçün bildirək ki, son bir ay ərzində yaşa görə pensiya alanların sayı 1 930 nəfər azalıb. Belə ki, bu ilin avqust ayında yaşa görə pensiya alanların sayı 710 min 775 nəfər olub.

Onu da qeyd edək ki, son illər Azərbaycanda yaşa görə pensiya alanların sayı sürətlə azalmaqdadır. Son 14 il ərzində Azərbaycanda yaşa görə pensiya alanların sayı 19% azalıb. 2010-cu ildə ölkədə 858 min 659 pensiyaçı olduğu halda, bu ilin əvvəlində onların sayı 696 min 266 nəfərə kimi azalıb.

Azalma daha çox qadın pensiyaçıların sayında qeydə alınıb.

Qadın pensiyaçıların sayı son 14 ildə 27,7% azalaraq 559 min 596 nəfərdən 404 min 505 nəfərə enib.

Bu dövrdə kişi pensiyaçıların sayı isə 2,4% azalaraq 299 min 63 nəfərdən 291 min 761 nəfərə düşüb.

Son 14 ildə yaşa görə pensiya alanların sayı aşağıdakı kimi olub:

2010-cu il – 858 min 659 nəfər;
2011-ci il – 831 min 122 nəfər;
2012-ci il – 812 min 771 nəfər;
2013-cü il – 800 min 547 nəfər;
2014-cü il – 791 min 263 nəfər;
2015-ci il – 785 min 68 nəfər;
2016-cı il – 781 min 238 nəfər;
2017-ci il – 781 min 957 nəfər;
2018-ci il – 778 min 57 nəfər;
2019-cu il – 756 min 136 nəfər;
2020-ci il – 742 min 34 nəfər;
2021-ci il – 716 min 222 nəfər;
2022-ci il – 707 min 1 nəfər;
2023-cü il – 696 min 266 nəfər.


Elnur Əli

Bənzər yazılar

0.082299947738647