Mustafa Sandalı Bakıya gətirən SƏBƏB: Dəbdəbəli toydan GÖRÜNTÜLƏR

 05-10-2024

Türkiyənin pop ulduzu Mustafa Sandal Bakıya gəlib.

"Olay" xəbər verir ki, sənətçinin şəhərimizə gəlməsinin səbəbi toyda çıxış etməsi olub.

Türkiyənin pop ulduzu Mustafa Sandal iş adamı, “Sönmezler Metal” şirkətinin rəhbəri Loğman Zülfüqarlının oğlunun toyuna çağrılıb.

Biznesmen kiçik oğlu Ramin üçün “Buta Palace”da dəbdəbəli mərasim təşkil edib.

Nigar-Ramin cütlüyünün toyuna Türkiyənin məşhur ulduzu Mustafa Sandal da dəvət edilib. Bundan başqa, mərasimdə Xalq artistləri Aygün Kazımova, Alim Qasımov  və Əməkdar artist Xəyyam Nisanov səhnəyə çıxıb. 

Dəbdəbəli restoranlardan birində keçirilən məclisdə Sandal hit və sevilən mahnılarını səsləndirərək ailə quran cütlüyü və qonaqları əyləndirib.

Toyda iştirak edən qonaqlar çəkilən görüntüləri sosial şəbəkələrdə paylaşıblar.

Həmin görüntüləri təqdim edirik:

Qeyd edək ki, Loğman və Nurəddin Zülfüqarlı qardaşları həm Türkiyədə, həm də Azərbaycanda metal işinə böyük investisiyalar qoyublar.

Daha sonradan “Baku Steel Company” şirkətinin keçmiş rəhbəri, hazırda həbsdə olan Rasim Məmmədovla aralarında yaranan münaqişə səbəbindən Türkiyəyə köçmüşdülər. 

Bənzər yazılar

0.079088926315308