Ağadadaş Ağayev balta ilə qadına xəsarət yetirməkdə ittiham olunur

 23-07-2024

Xalq artisti Ağadadaş Ağayevlə bağlı baş verən insidentin bəzi təfərrüatları məlum olub.

Hadisə Binəqədi rayonu ərazisində Xalq artisti Ağadadaş Ağayevin yaşadığı binanın həyətində, Medera özəl klinikası ilə üzbəüz yerləşən ərazidə baş verib.
 
Onkoloji xəstəlikdən əziyyət çəkən Xalq artistinin halı pisləşdiyi üçün klinikadan yardım istəyib.
 
Evinin eyvanına çıxan Ağadadaş Ağayev xəstəxananın personalına müraciətlə vəziyyətinin pisləşdiyini, təcili həkim yardımına ehtiyacının olduğunu deyib.
 
Mühafiçəçi isə onu Medera klinikasına dəvət edib. Bu zaman A. Ağayev əlində olan baltanı mühafizəçiyə tullayıb.
 
Balta isə orada işləyən xadimənin ayağına dəyib.
 
Hadisə ilə bağlı  Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
 
Məlumatda bildirilib ki, iyulun 22-də Bakı şəhər sakini olan N.Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 07 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini Ağadadaş Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini əlindəki, balta ilə onu hədələdiyini bildirib.
 
“N.Cəlilov daha sonra izahatında A.Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan N.Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib.
 
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin araşdırmalara başlanılıb”.
 
Qeyd edək ki, A. Ağayev uzun müddətdir ki, onkoloji xəstəlikdən əziyyət çəkir.
 

Bənzər yazılar

0.21516799926758