İcra başçısı yenidən deputat olacaq - Eyvaz Qurbanovun Milli Məclisə qayıtması perspektivi nə ilə bağlıdır?

 07-05-2024
Məlum olduğu kimi, reqlament üzrə bu ilin noyabrında keçirilməli olan növbəti parlament seçkisinin vaxtının daha əvvələ çəkiləcəyi gözlənilir. Artıq Milli Məclisin yeni heyəti ətrafında müzakirələr başlayıb və parlamentin tərkibində əhəmiyyətli dəyişikliklərin olacağı proqnozlaşdırılır. Bir çox dairələrdə, xüsusilə də yaşlı deputatların mandatla vidalaşacağı gözlənilir.
 
AzPolitika.info”-nın əldə etdiyi məlumata görə, deputatı yenilənəcək dairələr sırasında 117 saylı Oğuz-Qəbələ seçki dairəsi də var. 
 
Belə ki, bu dairəni Milli Məclisdə təmsil edən Aqiyə Naxçıvanlını Oğuz rayonunun hazırkı icra başçısı Eyvaz Qurbanovun əvəz edəcəyi gözlənilir.
 
Açıklama yok.
 
Bu, Qurbanovun ilk deputatlığı olmayacaq. Belə ki, 2011-ci ildə Oğuzun icra başçısı təyin edilən E.Qurbanov 2005–2010-cu illərdə Oğuz-Qəbələ seçki dairəsindən Azərbaycan Respublikası Milli MəclisininIII çağırış deputatı olub.
 
Daha əvvəl - 1984–1999-cu illərdə Tofiq Bəhramov adına Respublika Stadionunun direktoru olan Qurbanov 2000-ci ildən Bakı Olimpiya Kompleksinin direktoru vəzifəsində çalışıb.
 
13 ildir Oğuza başçılıq edən E.Qurbanovun yenidən parlament üzvlüyünə qayıtması daha çox ölkənin idarəetmə strukturunda gözlənilən dəyişikliklər və icra hakimiyyəti institutunun ləğvi perspektivi ilə əlaqələndirilir.

Bənzər yazılar

0.1749849319458