“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq

 04-05-2024

“Real Madrid” klubunun təcrübəli müdafiəçisi yeni mövsümdən etibarən Messinin komanda yoldaşı olacaq.

Məlumata görə, “Kral” klubunun 34 yaşlı müdafiəçisi Naço Fernandes üçün təklif göndərən “İnter Mayami” klubuna müsbət cavab verilib.

Tərəflər arasında razılıq əldə olunduğundan Naçonun yeni mövsümdə “İnter Mayami” klubuna keçəcəyi dəqiqləşib.
Qeyd edək ki, 2012-ci ildən “Real Madrid” klubunda çıxış edən Naçonun müqavilə müddəti mövsümün sonunda başa çatacaq.

Bənzər yazılar

0.22235512733459