“Arşın mal alan” filminin çəkilişindən nadir görüntülər - VİDEO

 01-05-2024

Azərbaycan Dövlət Film Fondunda Xalq artisti kino-rejissor Rza Təhmasibin 130 illik yubileyinə hazırlıqlarla əlaqədar aparılan yeni araşdırmalar zamanı Azərbaycan kinosu tarixinə aid unikal arxiv materialı müəyyən olunub.

Ölkə.az xəbər verir ki, AzTV-də yayımlanan “Telesəhər” verilişindəki süjetdə aşkar olunan fotosənədin 1945-ci ildə lentə alınan “Arşın mal alan” bədii filminə aid olduğu qeyd edilib.

Nadir materiallar fotoqraf-rəssam Pərviz Quliyevin arxivindən tapılıb.

Əməkdar incəsənət xadimi Cəmil Quliyev fotonun ilk dəfə nümayiş oldunduğunu bildirib.

Şüşə üzərində olan bu foto maraqla qarşılanıb.

Bənzər yazılar

0.16848492622375