İran və Ermənistan mədəni əsərlərimizi, xalçalarımızı öz məhsulu kimi xarici ölkələrdə satırlar - Deputat Siyavuş Novruzov

 05-04-2024

İran və Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindən xalqımıza məxsus tarixi, mədəni əsərlərimizi, xalçalarımızı öz məhsulu kimi xarici ölkələrdə satırlar.

Ölkə.Az xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentdə çıxışı zamanı deyib.

O bildirib ki, özü xarici ölkələrdə belə faktların şahidi olub.

“İranlılar və ermənilər işğal olunmuş ərazilərdəki dağıdılıb məhv etdilən məscidlərdən, mədəniyyət evlərindən, muzeylərdən, kitabxanalardan dəyərli mədəniyyət, incəsənət, tarixi sənət əsərlərimizi, xalçalarımız, kitabları, dini ədəbiyyatı apararaq öz adları adı altında satırlar. Nə qədər abidələri məhv edilib, özləri ilə aparıblar. Ona görə də bu məsələ beynəlxalq məhkəmələrə verilməli və təzminat alınmalıdır. Satılan  mədəni, tarixi irsimizə məxsus əşyalar ölkəyə qaytarılmasına nail olunsun”, - deputat qeyd edib.

Deputat Siyavuş Novruzov deyib ki,  son vaxtlarda bölgədə yaranmış vəziyyətlə bağlı məni narahat edən məsələ Tehranın sərgilədiyi mövqedir.

Onun sözlərinə görə, 44 günlük müharibə zamanı min bir hoqqadan çıxdı. “Azərbaycan sərhədinə qoşun yeritməkdən tutmuş ən müxtəlif addımlara əl atdı. Müharibədən dərhal sonra isə Qafanda konsulluq açdı. Amma bu gün NATO İranla sərhəddə gəlir, Tehran isə susur”, - deputat qeyd edib.

O əlavə edib ki, Qərbin Ermənistana yığdığı silahlar Azərbaycana hücum üçün deyil, İran üçündür: "Amma Tehran susur. Susmaq bir yana, axmağın biri ayağa qalxır ki, İsrailin Azərbaycandakı səfriliyini bombalamaq lazımdır.  Birincisi, bu, beynəlxalq hüquqa ziddir. İkincisi, İsrailin dünyada 150-dən artıq ölkəsində səfirliyi var, niyə İsrailin ABŞ-dəki, ərəb ölkələrində və digər ölkələrdəki səfirliklərini bombalamır, Azərbaycandakı səfirliyini bombalamaq barədə sərsəm fikirlər səsləndirir.

Onlar bilmir ki, heç oradakı azərbaycanlılar buna imkan verər... 

Biz nə qədər çalışıb İranla münasibətləri yaxşılaşdımaq istədikcə qarşı tərəf hər dəfə bundan uzaqlaşmağa çalışır. Artıq ortaya konkret mövqe qoymağın vaxtıdır. İran buna öz mövqeyini bildirməlidir”, - Novruzov qeyd edib.

 

 

Bənzər yazılar

0.20153284072876