Macarıstan Qərbi Balkan ölkələri ilə bağlı çağırış etdi

 21-02-2024

Macarıstanın xarici işlər naziri Peter Siyarto Qərbi Balkan ölkələrinin Avropa İttifaqına (Aİ) qısa zamanda qəbul edilməsinə çağırıb.

"Ölkə.az" xəbər verir ki, Siyarto vurğulayıb ki, Aİ qapılarını açıb Qərbi Balkan ölkələrini qəbul edərsə, ora kimin təsir göstərməyə çalışdığının artıq əhəmiyyəti olmayacaq.

O, həmçinin əlavə edib ki, avrointeqrasiya prosesinin ləngiməsi bu ölkələrin vətəndaşları arasında Aİ-yə qarşı məyusluğu və şübhəni artırır.

Bənzər yazılar

0.18720602989197