Rusiyaya casusluqda şübhəli bilinənlər saxlanıldı

 21-02-2024

Estoniya Daxili Təhlükəsizlik Xidməti Rusiyaya casusluqda şübhəli bilinən 10 nəfəri saxlayıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsaxna “X” platformasında paylaşımında bildirib. O, saxlanılanların Rusiyanın təlimatları əsasında fəaliyyət göstərən individuallar olduğunu, məqsədlərinin qorxu və gərginlik yaratmaq, Ukraynaya qətiyyətli dəstəyin kəsilməsinə nail olmaq olduğunu qeyd edib.

Baş nazir Kaya Kallas isə Estoniyanın Rusiya təhlükəsizlik xidmətlərinin hibrid əməliyyatının qarşısını uğurla aldığını qeyd edib.

“Biz bilirik ki, Kreml bizim bütün demokratik cəmiyyətlərimizi hədəfə alır”, - Kallas qeyd edib.

Bənzər yazılar

0.19990801811218