Messi 8-ci “Qızıl top”unu “Barselona”nın muzeyinə bağışladı

 21-02-2024

“Barselona”nın sabiq futbolçusu Lionel Messi 8-ci “Qızıl top”unu klub muzeyinə bağışlayıb.

“Ölkə.az” xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Messi son mükafatını “Barselona”nın oyunçusu kimi qazanmayıb. Ancaq o, mükafatı əvvəlki 7 kubokun saxlandığı muzeyə vermək qərarına gəlib.

Messi 2003-2021-ci illərdə “Barselona”da çıxış edib. O, hazırda “İnter Mayami”nin oyunçusudur.

Bənzər yazılar

0.17091202735901