Separatçılara İLK ZƏRBƏ: Maskalı şəxslər Şahramanyanın mühafizəçisini apardılar - FOTO

 20-02-2024

"Bir müddət əvvəl maskalı şəxslər Samvel Şahramanyanın ictimai əsaslarla işləyən mühafizəçisi Aşot Danelyanı mülki avtomobildə saxlayıb, əl-qolunu qandallayıb şəxsi avtomobili ilə naməlum istiqamətə aparıblar".

"Ölkə.az" xəbər verir ki, bunu “Hraparak” a müsahibəsində onun vəkili Roman Yeritsyan bildirib.

O deyib ki, internetdə Samvel Şahramanyana qarşı sözügedən hərəkətlərin həyata keçirildiyi barədə məlumatlar həqiqətə uyğun deyil.

“Bu gün İrəvanın mərkəzində maskalı asayiş keşikçiləri tərəfindən həyata keçirilən açıq-aşkar qanunsuz hərəkətlər daha bir şəxsə qarşı yönəlib, yaxın vaxtlarda onun haqqında müvafiq açıqlama verəcəyik”, - Yeritsyan deyib.

Qeyd edək ki, ötən ilin 19-20 sentyabr tarixlərində Ordumuzun keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra separatçı rejim ağ bayraq qaldıraraq, təslim olub və özünü buraxıb.(Publika.az)

Bənzər yazılar

0.22557401657104