Vüqar Qobulu: “Mən meyxana deyəndə indikilər doğulmamışdılar” - VİDEO

 20-02-2024

“37 ildir meyxana deyirəm. Mən meyxana deyəndə bugünkü meyxanaçıların bir çoxu doğulmamışdı”.

Bunu Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişində meyxanaçı Vüqar Qobulu deyib.

O, vaxtilə televiziyalara dəvət edilməsinin qarşısı alındığına görə hazırda toylara çağırılmadığını iddia edib. V.Qobulu meyxanadan qazandıqlarını qohumlarına, dostlarına xərclədiyini və indi maddi imkanı aşağı olduğu üçün şəraitsiz vəziyyətdə yaşadığını söyləyib.

52 yaşlı meyxanaçı maddi vəziyyətinə görə ailə qura bilmədiyini də deyib:

“Qapısına gedəcəyim ailənin qohumu gəlib evə baxırdı, deyirdi ki, istəyimizə uyğun deyil. Sevdiyim qadın var idi. Kasıblıq ucbatından evlənə bilmədim”.

Ətraflı süjetdə:

Bənzər yazılar

0.17252397537231