Açıq bufet restoranları daha çox qazanır, yoxsa digərləri?

 12-02-2024
Hazırda dünyada açıq bufet anlayışı geniş yayılıb. Açıq bufet formasından istifadə etmək restoranlara daha çox gəlir gətirir yoxsa, ənənəvi qayda ilə işləyən restoranlar daha çox gəlir əldə edir? Açıq bufetin ənənəvi tipdən fərqləri və üstünlükləri olmasını Valyuta.az süfrə mədəniyyəti üzrə ekspert və restorator Mahir Əhmədzadə ilə müzakirə edib.
 
Mahir Əhmədzadə bildirdi ki, açıq bufet anlayışı restoranlardan daha çox otellərdə geniş yayılıb:
 
“Bunun səbəbi daha çox müştəri cəlb etmək üçündür. Məsələn, otelə paket almısız, yalnız səhər yeməyi daxildir, amma elə otel var ki sizi gün ərzində üç dəfə yemək ilə təmin edir və açıq bufetdir. Bu, otelin qiymət və insanları cəlb etmək siyasətidir. Yəni müştərilər gəldiklərində bütün imkanlardan istifadə edir. Bu, hər iki tərəfə həm müştəriyə, həm də otellərə sərf edir”. 
 
“Açıq bufet anlayışı restoran şəbəkələrində hələ ki geniş yayılmayıb. Çünki kommunal, personal, dövlət və s. xərclərin hamısı hesablanıb satılan məhsulun üzərinə gəlir, bu da restoranlara sərf etmir. Otellərin restoranları isə gəliri əsasən satdığı paketlərdən əldə edir. Açıq bufet şəkildə işləyən restoranların ərazisi, müştərilərə xidmət etmək üçün yerləri çox olduğu zaman bu, sahibkara sərf edə bilər. Açıq bufetlər adətən ucuz qiymətə olur. Bu proses sahibkarın xərclərindən və gəlirli olmasından asılı olaraq həyata keçirilə bilər” - deyə, restorator qeyd edib.
 
M.Əhmədzadə ənənəvi restoranların açıq bufet formasında fəaliyyət göstərən restoranlardan fərqlərindən də danışıb: 
 
“Açıq bufetin ənənəvi restoranlardan fərqləri odur ki, əsasən qiymətlər ucuz olur və daha çox müştəri cəlb edə bilir. Müştəri əhatəsi geniş olarsa, sahibkar üçün də yaxşı qazanc yeridir. Bu tipdə restoranlara müştəri axını daha çox olur. Açıq bufet formasında fəaliyyət göstərən restoranlar digər restoranlardan çox qazana bilməz. Burada bir məhsulun qiyməti beş altı manatdırsa, ənənəvi tipli restoranlarda daha bahadır”. 

 

Bənzər yazılar

0.24152517318726