Adanada bələdiyyə binasına silahlı hücum olub

 12-02-2024

Türkiyədə Adana Böyükşəhər Bələdiyyə Başçısı Zeydan Karaların aparat rəhbərinin müavini Səməd Güdük iş otağında naməlum şəxsin silahlı hücumuna məruz qalıb. 

Ölkə.Az “Haber Global”a istinadla xəbər verir ki, o, hadisə nəticəsində ağır yaralanıb.

3 güllə yarası alan müavin bələdiyyə yaxınlığındakı özəl xəstəxanaya aparılıb. 

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Cinayətlə bağlı araşdırmalara başlanılıb.

 

 

Bənzər yazılar

0.20656085014343