Azərbaycanın FIFA referisi Dubaydakı turnirə təyinat alıb

 12-02-2024

Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov beynəlxalq turnirə təyinat alıb.

AFFA-nın rəsmi saytına istinadən xəbər veririk ki, o, FIFA tərəfindən keçiriləcək “FIFA Beach Soccer World Cup UAE 2024” turnirinin oyunlarını idarə edəcək.

Yarış fevral 15-dən 25-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək.

 

Bənzər yazılar

0.15776586532593