Broyler şirkətləri üçün xoşagəlməz YENİLİK

 12-02-2024

Dünyanın, xüsusilə də Avropanın broyler şirkətləri üçün xoşagəlməz təklif səsləndirilib.

Avropa qida məhsullarının təhlükəsizliyi qurumu (EFSA) təklif irəli sürüb ki, broyder fabriklərində cücələrin gündəlik mböyümə sürəti 50 qramı keçməməlidir. Toyuqların saxlanılma yerində isə 1 kvadratmetrə düşən toyuq sıxlığı 30 kiloqramdan artıq olmamalıdır.

Avropanın quşçuluq şirkətləri bu təklifdən narahat olduqlarını və etirazlarını bildirirlər.

Dünyanın ən böyük broyler şirkətlərindən olan «Aviagen»in baş direktoru Yan Xenriksen bildirib ki, bu təklif quşçuluq sektoruna böyük zərbə vuracaq.

Onun sözlərinə görə, hazırda həm artım sürəti, həm də toyuqların sıxlığı EFSA-nın təklifində göstəriləndən xeyli artıqdır.

«Hazırda istehsalçılar gündəlik 65-68 qram çəki əldə edirlər və hər kvadrat metrədən alınan çəki isə 40 kiloqram ətrafındadır».

O bildirib ki, əgər bu yeni qaydalar qəbul edilsə Avropa İttifaqı ölkələrinin toyuq əti istehsalı 113%-dən 63%-ə düşəcək.

Henriksen bildirib ki, hazırda Avropa Birliyi öz ehtiyaclarından 13% artıq, yəni 113% toyuq əti istehsal edir. Və artıq olan hissə ixrac olunur. Amma yeni təkliflər qəbul olunsa, toyuq əti istehsalı 63%-ə düşəcək, yəni Avropa öz ehtiyaclarını ödəmək üçün xaricdən toyuq əti idxal etməli olacaq.

«Əgər broylerlərin yetişdirilməsi üzrə təkliflər qəbul olunsa, biz son 40 ildə apardığımız genetik uğurların nəticələrini itirməli olacağıq» - deyə baş direktoor bildirib. Onun sözlərinə görə, dünyada toyuq ətinə maraqı artmaqda davam edəcək, amma sektorun bu tələbatı ödəmək imkanları çətinləşəcək.

Bundan əlavə Yan Henriksen quş qripinə qarşı vaksinasiya aparılmasına da etiraz edib: «Aviaqen» şirkəti təkidlə bunu etməməyi tövsiyə edir. Onun sözlərinə görə, əgər quşçuluq sektoru bu sahədə vaksinasiyaya başlasa, bundan çıxa bilməyəcək. Nəticədə dünyada quş ətinin ticarəti pozulacaq.

Qeyd edək ki, «Aviagen» şirkəti dünyanı 126 ölkəsinə quş əti satır. 

© FED

 

Bənzər yazılar

0.16957688331604