Rusiyanın patriarxı Kirill İlham Əliyevi təbrik edib

 12-02-2024

Moskvanın və bütün Rusiyanın patriarxı Kirilldən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir:

"Zati-aliləri möhtərəm İlham Heydər oğlu.

Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizin yenidən ali dövləti vəzifəyə seçilməyiniz uzun illər ölkəyə rəhbərliyiniz dövründə qazandığınız ümumxalq etimadının göstəricisidir. Seçicilərin əksəriyyətinin Sizə səs verməsi onu göstərir ki, insanlar Sizin simanızda onların ehtiyaclarına və istəklərinə həmişə diqqətlə yanaşan, daxili və xarici siyasət üzrə aktual məsələləri səmərəli şəkildə həll edə bilən təcrübəli və nüfuzlu milli lider görürlər.

Sizə möhkəm cansağlığı və həmişə ruh yüksəkliyi, rəhmli Tanrıdan kömək və Azərbaycan Respublikasının Prezidenti ali vəzifəsində yeni-yeni uğurlar arzulayıram".

 

Bənzər yazılar

0.16047596931458