Bu ölkədə kişilər və qadınlar üçün məcburi hərbi xidmət 5 ilə qədər uzadıla bilər

 12-02-2024

Myanmada hərbi hökumət gənc kişi və qadınların məcburi hərbi xidmət keçəcəyini açıqlayıb. 

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, 18-35 yaş arası kişilər və 18-27 yaş arası qadınların ən azı 2 il hərbi xidmət keçməsi məcburi edilib.

Bəyanatda fövqəladə hallarda hərbi xidmət müddətinin 5 ilə qədər uzadıla biləcəyi, buna qarşı çıxanların isə 5 il müddətinə azadlıqdan məhrum ediləcəyi bildirilib.

Xatırladaq ki, Myanmada 2020-ci il ümumi seçkilərində saxtakarlıq iddiaları və ölkədəki siyasi gərginlikdən sonra ordu 2021-ci il fevralın 1-də hökuməti ələ keçirib. Ordu bir çox məmurları və hakim partiya rəhbərlərini, xüsusən də ölkənin faktiki lideri və Xarici İşlər nazirini saxlayıb və fövqəladə vəziyyət elan edib. Ölkədə hərbi idarəçiliyə qarşı demokratiya tərəfdarları nümayişlər təşkil etməyə başlayıblar. Ordunun nümayişçilərə atəş açması nəticəsində onlarla insan həbs olunub, yaralanıb və ya həyatını itirib.

Günay

Bənzər yazılar

0.1652500629425