ABŞ müdafiə nazirinin vəziyyəti yenidən pisləşdi, xəstəxanaya yerləşdirildi

 12-02-2024

ABŞ-nin müdafiə naziri Lloyd Ostin səhhətindən yaranan ciddi problemlə bağlı təcili xəstəxanaya yerləşdirilib. O, bazar günü Valter Rid Milli Hərbi Tibb Mərkəzinə yerləşdirilib.

Ölkə.Az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder bildirib.

Onun sözlərinə görə, nazirin xəstəxanaya yerləşdirilməsi ilə bağlı müdafiə nazirinin müavini və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, Ağ Ev və Konqres də məlumatlandırılıb.

Pentaqonun mətbuat xidməti bildirib ki, müdafiə nazirinin müşaviri Ketlin Hiks  nazir Ostinin səlahiyyətilərini həyata keçirməyi öz üzərinə götürüb.

Xatırladaq ki, dekabrın 22-də 70 yaşlı Ostin Merilend ştatında prostat vəzi xərçənginin müalicəsi üçün klinikaya yerləşdirilmişdi. Yaranmış fəsadlarla əlaqədar yanvarın 1-də klinikaya qayıdıb və təxminən iki həftə orada qalıb.

Ağ Evin və Konqresin bir neçə gün ərzində Ostinin prostat xərçəngi diaqnozu, xəstəxanaya yerləşdirilməsi və keçirdiyi əməliyyatla bağlı məlumat verilməməsi ciddi rezonansa səbəb olmuşdu. Nəticədə Müdafiə Nazirliyinin Baş Müfəttişlik İdarəsi Ostinin xəstəxanaya yerləşdirilmə şəraiti ilə bağlı araşdırmaya başladı.

Mürtəza
Ölkə.Az

Bənzər yazılar

0.14910697937012