Vunderkind Sumqayıt şagirdi: Səkkiz yaşı var, dördüncü sinifdə oxuyur - VİDEO

 01-02-2024

“Gələcəkdə elmə məlum olmayan kəşflər etmək istəyirəm”.

Bu sözləri Baku TV-yə açıqlamasında Sumqayıtda yaşayan səkkiz yaşlı vunderkind Fərid Babayev deyib.

Fərid səkkiz yaşı olmasına baxmayaraq, dördüncü sinifdə oxuyur.

O, dünyanın 80-dən çox ölkəsindən 45 milyon şagird arasında hər il keçirilən Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin də qalibi olub.
Fərid müsabiqədəki sualları həll edərkən çətinlik çəkmədiyini söyləyib:

“Mənim üçün sualların heç biri çətin olmadı. Həm ilkin mərhələdə, həm də final mərhələsində 100%-lik nəticə ilə qızıl medala layiq görüldüm”.

Ətraflı süjetdə:

Bənzər yazılar

0.16782903671265