Tibdə inqilab: robot həkimlər hazırlanır

 27-01-2024

"Google" fərdiləşdirilmiş tibbi diaqnostika və konsultasiya üçün süni intellekt (AI) modeli üstündə tədqiqat aparır.

"Ölkə.Az" xarici mətbuata istinadən xəbər verir ki, layihənin adı "Google AMIE"dir.

Model həkim-xəstə dialoqu, diaqnostik rəy və klinik məlumatların əldə edilməsi kimi bir çox fəaliyyətləri yerinə yetirə bilir. Bunun həkimlərə xəstəliyin mənşəyini təyin etməyə və müalicə planı yaratmağa kömək edə biləcəyi deyilir.

Həmçinin AMIE-nin milyardlarla tibbi məqalə və klinik qeydlərdən ibarət kütləvi məlumat bazasında təlim keçdiyi üçün nadir xəstəlikləri də aşkar edə biləcəyi qeyd olunur. Süni intellekt eyni zamanda müalicə tövsiyələri də edə biləcək.

Araşdırma nəticəsində, AMIE-nin xəstəlikləri həkimlərə bərabər dəqiqliklə diaqnoz edə, xəstəliklərin 90%-nə dəqiq diaqnoz qoya biləcəyi ortaya çıxıb. 

 

Bənzər yazılar

0.1442699432373