Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun ödənişli parkinqlə bağlı şikayətinə AYNA-dan cavab

 26-01-2024

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu Azərbaycan Milli Konservatoriyasının önündəki ödənişli parkinqdən şikayətlənib.

O, tələbələrin təhsil aldığı yerin qarşısında ödənişli dayanacağın olmasını düzgün hesab etmədiyini bildirib:

“Burada altı-yeddi saat dərsdə oluram. Məşqlərimiz olur, imtahana hazırlaşırıq. Konservatoriyanın önündə maşınlarımızı saxlayırıq. Burada ödənişsiz parklanma var idi. Bir neçə gün əvvəl isə buranı da pullu etdilər. Öz və tələbə yoldaşlarımın adından çox xahiş edirəm ki, buradakı ödənişli parklanmanı ləğv edəsiniz. Bura bulvar, restoran, nə də ki, şadlıq sarayıdır. Tələbələr burada təhsil alırlar. Tutaq ki, biri qazanır, digəri isə qazanmır. Hamı o pulu ödəyə bilmir. Bir saat üçün ödəmək olar, amma səkkiz-doqquz saat burada dərsdə olan tələbələr var. Çox xahiş edirəm ki, bu məsələyə bir əncam qılasınız və kökündən həll edəsiniz. Belə olmaz axı, düşünmək lazımdır”.

Sənətçi qeyd edib ki, belə qərarlar verəndə tələbələri də nəzərə almaq lazımdır.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, qanunvericiliyə əsasən, ödənişli parklanma ilə bağlı təhsil müəssisələrinə münasibətdə və digər hallarda imtiyazlar nəzərdə tutulmayıb:

“Təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalarda qeydiyyatı olan sakinlər fərdi parklanma talonu alaraq avtomobillərini onlar üçün ayrılan yerdə ödənişsiz saxlaya bilərlər. Eyni zamanda bu imkanlardan yararlanmaq üçün xarici vətəndaşlar da müvəqqəti qeydiyyat ünvanı üzrə müraciət etmək hüququna malikdirlər”. 

Qeyd edək ki, musiqiçi şikayətini bu cümlələrlə ifadə etmişdi: “Burada tələbələr təhsil alır, biri qazanır, biri yox. 6-7 saat dərsdə oluruq. Məşqlərimiz olur, imtahana hazırlaşırıq. Hamı o pulu ödəyə bilmir. Bir saat üçün ödəmək olar, amma 8-9 saat burada dərsdə olan tələbələr var. Çox xahiş edirəm ki, bu məsələni kökündən həll edəsiniz”.

 

Bənzər yazılar

0.18057298660278