Yanğından Mühafizə Hissələrinin rəisləri işdən çıxarıldı  

 23-01-2024

Fövqəladə Nallar Nazirliyinin Samux və Qax rayon Dövlət Yanğından Mühafizə Hissələrinin rəisləri işdən çıxarılıb. 

Qaynarinfo.az bildirir ki, müvafiq əmrlə Xudaverdiyev Elnur Oqtay oğlu Samux, Əfəndiyev Cəlaləddin Nazim Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib.

Eyvazlı Əhmədəli Eyvaz oğlu Qax, Mehtiyev Ruslan Zahid oğlu Samux rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi təyin olunub.

Qeyd edək ki, işdən çıxarılan Elnur Xudaverdiyev 2009-cu ildən Samux rayon Dövlət Yanğından Mühafizə Hissəsinin, Cəlaləddin Əfəndiyev ötən ilin iyul ayından Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi olub.

 

Bənzər yazılar

0.16483998298645