Qalmaqallı “BİNGROUP MMC” vergidən yayınır?

 08-12-2023

Azərbaycanda tikinti sahəsində fəaliyyət göstərən əksər şirkətlər vergi mükəlləfiyyətlərindən yayınırlar. Bu, aidiyyatı qurumların açıqladığı hesabatlarda da aydın görünür. Tikinti şirkətlərinin vergi ödəmələrindən yayınması dövlət bedcəsinin formalaşmasına zərər vurmaqla yanaşı, eyni zamanda həm də əhalinin sosial vəziyyətini də ağırlaşdırır.

Xalqxeber.az xəbər verir ki, dövlətə külli miqdarda vergi borcu olan şirkətlərdən biri də “BİNGROUP” (VÖEN: 1403662281) Məhdud Məsuliyyətli Cəmiyyətidir.

“BİNGROUP” MMC-nin hazırda dövlətə 55.669 manat vergi borcu var.

“BİNGROUP” MMC 2017-ci ilin fevral ayında dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Binəqədi rayonu, Mircəlal küçəsi ev 59 K, mənzil 376 ünvanı, qanuni təmsilçisi isə Esma Çelikdir.

Xatırladaq ki, bir müddət əvvəl “BİNGROUP” MMC müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə görə ölkə mətbuatının gündəminə gəlmişdi. Həmin xəbərlərdə “BİNGROUP” MMC-nin rəbərliyinin Azərbaycanda qazandığı böyük həcmdə pulların hesabına özünə komfortlu həyat qurduğu, ancaq müqavilə öhdəliklərini yerinə yetirmədiyi, bir çox şirkətləri narazı saldığı yazılırdı.

Bu şirkətlərin sırasında “Colin”, “Kalyon”, “Cengiz İnşaat” şirkətlərinin adı hallanırdı.

On manat nizamnamə kapitalı olan “BİNGROUP” MMC-nin feysbuk səhifəsində yazılan məlumata görə şirkət metal konstruksiya, inşaat qəlibləri, iskelelər (scaffolding) sahəsində istehsal və montaj xidmətlərini təqdim edir. Konteyner və prefabrik evlərin də istehsalı ilə məşğul olan “BinGROUP” MMC-nin Bakı şəhəri, Ziya Bünyadov prospektində 2100 kv. m. qapalı və 2500 kv. m. açıq sahədə fəaliyyət göstərir.


Bənzər yazılar

0.14170503616333