"Qarabağ"ın 7 futbolçusu Avropa klublarının diqqət mərkəzində - SİYAHI

 08-12-2023

"Qarabağ" Avropa Liqasında mübarizəsini davam etdirir.

"Offsideplus.az" xəbər verir ki, "köhlən atlar" 5 oyundan sonra H qrupunda 7 xalla 2-ci pillədə qərarlaşıb. Ağdam təmsilçisi dekabrın 14-də Bakıda "Hekken"lə qarşılaşacaq. Azərbaycan klubu isveçliləri məğlub edəcəyi təqdirdə, pley-offa yüksələcək.

"Qarabağ"la bağlı redaksiyamıza maraqlı informasiya daxil olub. "Köhlən atlar"ın 7 futbolçusu Avropanın müxtəlif klublarının diqqət mərkəzindədir. Söhbət Julio Romao, Marko Yankoviç, Olavio Juninyo, Elvin Cəfərquliyev, Toral Bayramov, Bəhlul Mustafazadə və Leandro Andradedən gedir. Bu oyunçular üçün rəsmi təklif olmasa da, menecerlər vasitəsi ilə danışıqlar aparılır. Lakin ağdamlılar hələ ki, hansısa futbolçusunu əldən buraxmaq istəmir. Qış "transfer pəncərəsi" dövründə adıçəkilən oyunçulardan birinə rəsmi və fantastik təklif olarsa, klub bu haqda düşünə bilər.

 

Bənzər yazılar

1.0140829086304