Kiyevdən ukraynalı sabiq deputatın ölümü ilə bağlı XƏBƏRDARLIQ

 08-12-2023

Ukrayna Ali Radasının sabiq deputatı İlya Kivanın  qətlindən sonra Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiya Federasiyası ərazisində gizlənən bütün xainləri Ukraynanın ədalət məhkəməsinə təslim olmağa çağırıb.

Ölkə.Az xəbər verir ki, belə bir xəbərdarlıq mesajı ilə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov çıxış edib.

"İndi biz faktı təsdiq edib digər satqınlara, müharibə cinayətkarlarına müraciət edə bilərik: Sizin üçün ən təhlükəsiz yol Ukrayna ədalətinə təslim olmaqdır, xüsusən də əgər barənizdə hökm varsa... O zaman həqiqətən də təhlükəsizliyinizə zəmanət veriləcək. Təcavüzkar dövlətin ərazisində təhlükədə yaşamaqdansa, burada hüquqlarınıza, təhlükəsizliyinizə və müntəzəm qidalanmaya riayət edilməsinə təminat veriləcək", - Yusov qeyd edib.

Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak da Baş Kəşfiyyat İdarəsinin nümayəndəsinin bu mövqeyini dsətəkləyərək bəyan edib ki,  hər bir cinayətkar, satqın və başqaları ilə işbirliyində olanlar ədalətli cəzalarını alacaqlar.   

Qeyd edək ki, Moskva vilayətində Ukraynanın Ali Radasının sabiq deputatı İlya Kiva qətlə yetirilib. Hadisəyə görə məsuliyyəti  Ukrayna xüsusi xidmətləri  öz üzərinə götürüb.

 

 

Bənzər yazılar

0.17986297607422