Dekabrın 6-si Qərbi azərbaycanlıların deportasiyası günü olsun - Milli Məclisdə təklif

 06-12-2023

Təqvimə Qərbi azərbaycanlıların deportasiyası gününün salınması təklif olunur.

Belə bir təkliflə Qərbi Azərbaycan İcmasının üzvü, Milli Məclisin deputatı Musa Quliyev parlamentdə “Keçmişdən gələcəyə çağırış: Qərbi Azərbaycana qayıdış fəlsəfəsinə gənclərin baxışı” mövzusunda keçirilən dinləmədə çıxış edib.

Deputat dinləmənin bugünkü günə salınmasının təsadüf olmadığını söyləyib: "Çünki məhz 1988-ci il dekabrın 6-da Nüvədi kəndi istisna olmaqla Qərbi Azərbaycandan azərbaycanlıların sonuncu deportasiyası başa çatdı. Bu gün də həmin deportasiyanın 35 ilidir. Ona görə də dekabrın 6-sı və ya bu ayın başqa gününün təqvimə Qərbi azərbaycanlıların deportasiyası günü kimi salınmasını təklif edirəm".

 

 

Bənzər yazılar

0.15677618980408