Hamı prokurordur, günahlandırır, elə-belə baxıb "apar tulla" demək olmaz! - Xalq artisti

 01-12-2023

"Seriallarımızı tənqid edənlər bizim sənət adamlarıdır. Onların çoxu ağsaqqal insanlardır. Hamı deyir ki, türk serialları-filan yaxşıdır, əladır. Axı 30 il bundan əvvəl türk serialları belə deyildi. Bu çəkildi ki, inkişaf etdi də".

Bu sözləri Ölkə.Az-a açıqlamasında Xalq artisti Qurban İsmayılov deyib. O, kütəvi şəkildə edilən tənqidlərin inkişafa mane olduğunu deyib: 

"Cənab Prezident 2011 və 2013-cü illərdə 5 və 6 milyon olmaqla 2 dəfə pul ayırıb ki, seriallar çəkilsin və xalqımız bizə lazım olmayan seriallara baxmasınlar. Hansı ki, bizim mentalitetimizə də ziddir. Gündə 5 arvad alıb, 6-sını boşayırlar. Sözüm ondadır ki, gərək bizdə də serial çox çəkilə ki, kəmiyyət keyfiyyətə keçsin. 

Gündəlik serial dünyanın heç bir yerində sənət əsəri sayılmır. Bu çəkilir ki, evdar qadınlar, yaşlı insanlar baxsınlar. O qədər "səviyyəsiz" dedilər ki, artıq çəkmirlər. Televiziyalar da azaltdı, pulu da azaltdılar. 

Digər bir məsələ də odur ki, axı oradan 5-10 nəfər cavan aktyor evinə pul aparır, kamera qarşısında dayanma təcrübəsi toplayırdı. Cavan rejissorlar, mütəxəssislər orada təcrübə yığırdı. Bunu deməklə nə yaxşlıq etdiniz ki?!

İçi mən qarışıq hamımız incəsənəti qorumalı olduğumuz halda bu sənətin prokuroruna çevrilmişik. Heç birimiz bu işə vəkillik etmirik. Hamı prokurordur, günahlandırır. İşə elə-belə baxıb "apar tulla" demək olmaz!"

 

 

 

Bənzər yazılar

0.21500492095947