Keçmiş deputatın bankı cərimələnə bilər

 29-11-2023

“AGBank” Açıq Səhmdar Cəmiyyəti (ASC) inzibati iş başlanıb. 

Valyuta.az xəbər verir ki, bank İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə ittiham edilir. 

İş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.  Babək Pənahov iş üzrə hakim təyin edilib. 

347-ci maddəyə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

"AGBank” ASC 9 noyabr 1992-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 103 400 000 AZN olan ASC-nin qanuni təmsilçisi Piriyev Tural Qüdrət oğludur.

Bank sahibi kimi isə keçmiş deputat Çingiz Əsədullayevin adı hallanır. Bankın səhmlərinin 33 faizi Əsədullayev və ailəsinə məxsus olub.

Çingiz Əsədullayev keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun adamı kimi tanınır. Eldar Mahmudov işdən çıxarıldıqda sonra Çingiz Əsədullayev də mandatsız qalıb. Həmçinin “AGBank”ın lisenziyası ləğv edilib. Bank hazırda ləğv prosesindədir. 

Bənzər yazılar

0.15852093696594