Deputatın şirkəti məhkəmə qarşısında - “Karmen” 8 min manat cərimələnə bilər

 29-11-2023
Un bazarında əsas oyunçulardan olan "Karmen” MMC cərimələnə bilər. 
 
Qaynarinfo.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (Sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə iş başlanıb. 
 
İşə Abşeron Rayon Məhkəməsində baxılacaq. Cəmilə Səfiyeva iş üzrə hakim təyin edilib. 
 
271-ci maddəyə əsasən, fiziki şəxslər 500 manatdan 800 manatadək, vəzifəli şəxslər 2000 manatdan 3000 manatadək, hüquqi şəxslər 6500 manatdan 8000 manatadək məbləğdə cərimə edilir.
 
"Karmen” MMC 12 iyun 2003-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 43 138 AZN-dir. Şirkətin qanuni təmsilçisi Xəlilov İlham Şəmil oğludur. 
 
"Karmen” MMC keçmiş deputat Əsabil Qasımovun şirkəti kimi tanınır. Mediada gedən məlumatrdan aydın olur ki, şirkət Əsabil Qasımova məxsus "Karat Holding”ə daxildir. 
 
Əsabil Qasımov 79 saylı İmişli seçki dairəsindın IV çağırış Milli Məclisin deputatı olub. 

Bənzər yazılar

0.19601988792419