Heydərovun ortağı olduğu deyilən iş adamının şirkətinə qarşı iş açıldı

 29-11-2023
İş adamı Mənuçehr Əhədpura məxsus "Az Universal Motors” MMC barəsində inzibati iş başlanıb.
 
Qaynarinfo.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə ittiham olunur. 
 
İş baxılması Yasamal Rayon Məhkəməsinə göndərilib. Rəşad Cavadzadə iş üzrə hakim təyin edilib. 
 
430.4-cü maddəyə əsasən, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.
 
"Az Universal Motors” MMC 30 yanvar 2013-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 200 AZN-dir. Şirkətin qanuni təmsilçisi Mənuçehr Əhədpurdir. 
 
Mənuçehr Əhədpur fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ortağı kimi tanınır. Nazirin biznes imperiyasına aid edilən şirkətlərinin bir çoxununun qanuni təmsilçisi Mənuçehr Əhədpurdur. 
 
Həmin şirkətlər aşağıdakılardır:
 
"AZ MED M” MMC
"AZ AE” MMC
"AZ UNİVERSAL MOTORS” MMC
"DOMİNO S” MMC
"AZ AQRO SƏNAYE” MMC
"AZ TRAİLERS CO” MMC
"AZFRUİTTİ CO” MMC
"AZ EDU LTD” MMC
"AZ TRANSPORT-A” MMC
"AHAD PARFUMERY” MMC
"SEMA” MMC
"AZ DUROCEM” MMC
"AZ TECHNOLOGY” MMC
 
Bir müddət əvvəl "AZ AE” MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında məhkəməyə verilib. İdarənin iddia tələbi şirkət rəhbərinin ölkədən çıxışına "stop” qoyulması ilə bağlı olub. 

Bənzər yazılar

0.16448307037354