Şuşada XVIII əsrə aid olan Əsəd bəyin evindən yeni görüntülər - VİDEO

 24-11-2023

İşğaldan azad edilmiş Şuşa şəhərində yerləşən Əsəd bəyin evinin yeni görüntüləri yayılıb.

Şuşa əsilzadələrindən olan Əsəd bəyin evi XVIII əsrin əvvəllərində tikilib.

Çoxotaqlı olması ilə digər evlərdən fərqlənən binanın birinci mərtəbəsinin inşasında yerli ağ qaya daşlarından, ikinci mərtəbəsinin inşasında isə bişmiş qırmızı kərpicdən istifadə olunub.

Qeyd edək ki, Əsəd bəyin evi də digər abidələr kimi, erməni vandalizminin qurbanına çevrilərək yararsız vəziyyətə düşüb.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

Bənzər yazılar

0.18983101844788