General-leytenant Etibar Mirzəyev təqaüdə göndərilir? - İDDİA

 19-11-2023
Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev təqaüdə göndəriləcək.
 
Qaynarinfo.az-ın əldə etdiyi məlumata görə, bu ayın 30-da 65 yaşı olacaq general-leytenant öz istəyi ilə vəzifəsindən azad olunması üçün müvafiq müraciət ünvanlayıb.
 
Etibar Mirzəyev FHN-də yanğın sahəsinə nəzarət edir. Daha doğrusu, FHN-də Dövlət Yanğından Mühafızə Xidmətinə və Dövlət Yanğın Nəzarəti Xidmətinə birbaşa rəhbərlik edən şəxsdir. 
 
Son aylarda sözügedən qurumlarda aparılan yoxlamalar nəticəsində ciddi pozuntular aşkarlanıb. Nəticədə həmin qurumların əksər rəhbər şəxsləri, generallar vəzifələrindən azad edilib.
 
Qeyd edək ki, Etibar Böyükbəy oğlu Mirzəyev 30.11.1958-ci ildə Naxçıvan şəhərində anadan olub. Bakı Dövlət Universitetini (keçmiş Azərbaycan Dövlət Unversiteti) bitirib. Ailəlidir. 2 övladı var.
 
 

Bənzər yazılar

0.74417304992676