Xalq rəssamı Akif Əsgərov vəfat edib

 18-11-2023

Görkəmli heykəltaraş, pedaqoq, Xalq rəssamı Akif İzzətulla oğlu Əsgərov vəfat edib.

Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

"Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Mədəniyyət Nazirliyinin kollektivi Akif Əsgərovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin", - nazirliyin məlumatında qeyd edilib.

 

Bənzər yazılar

0.15956592559814