Hansı universitetlər hara gedir? - Paytaxtdan köçürülmə olacaq - VİDEO

 18-11-2023

Paytaxtda yerləşən 30 yaxın ali məktəbin bölgələrə köçürülməsi labüddür. Əks halda tıxac yuvasına dönən bakıda vəziyyət daha da qəlizləşəcək.

Xəzər TV xəbər verir ki, bu təkliflə təhsil eksperti Kamran Əsədov çıxış edib.

Ekspert deyir ki, hazırda ölkədə 44 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Onların yarısından çoxu paytaxt Bakıdadır. Təkcə Bakıda 120 minə yaxın tələbə təhsil alır. Bu təhsil ocaqlarının tədricən Bakıdan kənara köçürülməsi həm sıxlığı aradan qaldıracaq, həm də regionların sosial-iqtisadi inkişafına səbəb olacaq.

Təklifə əsasən, həm də xüsusil təyinatlı təhsil müəssisələri işğaldan azad edilən ərazilərə köçürülməlidir.

Kamran Əsədov hesab edir ki, 28 may metrostansiyası ətrafında olan Xarici dillər və Slavyan universitetləri də köçürülməlidir. Həmin ali məktəblərin mərkəzdə olması sərnişin sıxlığı yaradır. Ekspert deyir ki, köçürülmə prosesinə kompleks şəkildə yanaşılmalı və bölgələrdə tələbə şəhərcikləri salınmalıdır. Bu tip şəhərciklər tələbələrin təhsili, istirahəti və yaşaması üçün bütün sosial obyektlərlə təmin olunmalıdır.

Ekspert əlavə edib ki, ölkəmizdə təhsilin inkişafı üzrə yeni Dövlət Strategiyasında kampusların yaradılması nəzərdə tutulur. Bu isə o deməkdir ki, yaxın vaxtlarda ölkəmizdə universitetlərin Bakıdan kənara köçürülməsi real görünür.

Bənzər yazılar

0.12619209289551